Ru
19:05 / 30 Aprel 2026

Həftəsonu bu yollar bağlı olacaq - Xəbərdarlıq

Həftəsonu bu yollar bağlı olacaq - Xəbərdarlıq
Eye

Yollarda həftəsonu təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur.


Bakupost.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, təmirlə əlaqədar olaraq ərazilərdə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq:

“Səməd Vurğun küçəsi (A.A.Bakıxanov-M.Mirqasımov küçəsi arası), Rəşid Behbudov küçəsi (S.Rəhimov-S.Zeynalov küçəsi arası), Vaqif prospektində (C.Hacıbəyli-S.Vurğun küçəsi arası) 01 may saat 23:00-dan 04 may saat 07:00-dək - hərəkət aparılacaq işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.

Xarici Dairəvi yolda (“20 Yanvar” istiqaməti) 01–03 may tarixlərində, hər gün saat 07:00–23:00-dək qismən məhdudiyyət, 01–04 may tarixlərində, hər gecə saat 23:00–07:00 arası tam məhdudiyyət tətbiq ediləcək. Xarici Dairəvi yolda tam məhdudiyyət tətbiq edildiyi müddətdə hərəkət Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təmin ediləcək”, - deyə məlumatda qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar