Ru
20:45 / 02 Avqust 2025

Pezeşkian Pakistana GETDİ - Mühüm görüşlər keçirəcək

Pezeşkian Pakistana GETDİ - Mühüm görüşlər keçirəcək
Eye

İran prezidenti Məsud Pezeşkian ilk dəfə olaraq iki günlük dövlət səfəri ilə Pakistana gedib.

Bakupost.az xəbər verir ki, Pezeşkian yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə Şərqi Pəncab əyalətinin mərkəzi olan Lahora eniş edib. Burada baş nazir Məryəm Nəvaz və onun atası, keçmiş baş nazir Nəvaz Şərif tərəfindən qəbul edilib.

İran prezidenti Lahor şəhərində görkəmli şair və filosof Məhəmməd İqbalın məzarını ziyarət etdikdən sonra İslamabada yola düşüb.

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Pezeşkian İslamabadda pakistanlı həmkarı Asif Əli Zərdari ilə görüşəcək, həmçinin may ayında Tehrana səfər etmiş baş nazir Şahbaz Şəriflə nümayəndə heyəti səviyyəsində danışıqlar aparacaq.

Görüşlərdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Pezeşkianın səfəri Pakistanın xarici işlər naziri İshaq Dar və ABŞ dövlət katibi Marko Rubionun son diplomatik görüşləri fonunda baş tutub. Keçən ay Vaşinqtonda keçirilən görüşdə İshaq Dar Pakistanın Vaşinqton və Tehran arasında dialoqun asanlaşdırılmasına sadiqliyini vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar