Ru
10:39 / 25 May 2026

Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - Üstündən 3 bıçaq çıxdı - VİDEO

Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu  - Üstündən 3 bıçaq çıxdı - VİDEO
Eye

Bakıda Dənizkənarı bulvar ərazisində gənc qız zorakılığa məruz qalıb.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videomüraciət yayılıb.

Müraciəti paylaşan xanım bildirib ki, bulvar ərazisində video çəkən zaman naməlum şəxs ona qarşı zorakılıq etməyə cəhd göstərib.

Daxil olan məlumat əsasında bulvar ərazisində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb.

Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar