Ru
16:06 / 25 Oktyabr 2022

Rusiya KİV-lərdə anti-Azərbaycan ovqatının səbəbi nədir? - ŞƏRH

Rusiya KİV-lərdə anti-Azərbaycan ovqatının səbəbi nədir? - ŞƏRH
Eye

"Uzun illərdir Rusiyanın aparıcı KİV-lərinin bəzi reytinqli verilişlərində Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınır, müxtəlif insanlar tez-tez çıxış edərək Qarabağı "müstəqil" adlandırır, digər tərəfdən ermənilərin işğalçılıq və separatçılıq meyllərinə dəstək nümayiş etdirilir".




Bunu Bakupost.az -a açıqlamasında politoloq İlqar Vəlizadə Rusiya KİV-in anti-Azərbaycan təbliğatına münasibət bildirərkən deyib.


Politoloq bildirib ki, həm Rusiyaya, həm də rus media mənsublarına bu cür davranışların yolverilməz olduğu barədə mesajlar veriliv:


"Son vaxtlar Azərbaycan-Rusiya münasibətləri strateji müttəfiqlik səviyyəsinə qalxıb. Lakin strateji müttəfiqin aparıcı KİV-ində anti-Azərbaycan fikirlərinin səsləndirilməsi, separatçı meyllərin dəstəklənməsi iki ölkə arasında bağlanmış strateji müttəfiqlik sənədinə tam ziddir. Doğurdan da Rusiya Ukrayna ərazilərini işğal edib, amma hər zaman Azərbaycan Ukraynanın ərazi bütövlüyünü rəsmən dəstəkləyib. Deyə bilərik ki, Azərbaycan balanslaşdırılmış mövqe tutub. Görünən odur ki, Rusiya KİV-ləri və siyasi dairələri bu məsələdən heç bir nəticə çıxarmayıb. Əgər onlar belə edirsə, niyə biz mövqeyimizi dəyişməyək, məsələni olduğu kimi təqdim etməyək? Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Qarabağı Azərbaycanın ərazisi kimi də tanıyıb. Amma Rusiyadan bunu nadir hallarda, onda da bəzi ictimai xadimlərin dilinndAən eşidirdik. Ona görə indi Azərbaycanın aparıcı kanalları o süjeti hazırlamqla bir daha öz sözünü demiş oldu".


Politoloqun sözlərinə görə, Azərbaycanın Rusiyaya nota verməsi artıq səbr kasasının dolmasından xəbər verir:


"Düşünmürəm ki, bu cür siyasi oyunlar Rusiyanın xeyrinə olsun. İki ölkə arasında irimiqyaslı layihələr, münasibətlər var. Azərbaycan əlbəttə ki, bu münasibətlərin pozulmasında maraqlı deyil. Rusiya tərəfi də anti-Azərbaycan mövqeyindən çıxış edən insanların qarşısını almalı, onları televiziyaya buraxmamalıdır. Əgər eyni siyasət Rusiya rəsmiləri tərəfindən davam etdirilsə, təəssüf ki, bu, diplomatik, siyasi, iqtisadi əlaqələrə mənfi təsir göstərəcək. Putin İlham Əliyevi və Paşinyanı Rusiyaya dəvət edib. Yəqin ki, yaxınlarda Putinlə İlham Əliyev arasında təkbətək görüş olacaq. Çox güman ki, Prezident İlham Əliyev orada bu məsələni qaldıracaq. Çünki Rusiya KİV-ləri, həmçinin duma deputatlarının ekstremist çıxışları Rusiyanın vasitəçiliyinə zərbə vurur. Əgər Rusiya doğurdan da təsirli vasitəçi qisminədə çıxış etmək istəyirsə, öz siyasətində korrektələr etməlidir".


Fəridə
Baku Post

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar