Ru
12:06 / 02 May 2024

Rusiya Odessanı vurdu: 14 yaralı

1192
Rusiya Ukraynanın cənubundakı Odessa şəhərini raketlə vurub.

Bakupost.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada, “Rusiyanın Odessaya raket hücumu mülki infrastruktura, o cümlədən poçt anbarlarına ziyan vurdu. Ərazidə genişmiqyaslı yanğın başlayıb və yanğınsöndürənlər tərəfindən söndürülüb. 14 nəfər xəsarət alıb, bir nəfər xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib”, deyə bildirilib.


Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenska Odessanın hər gün bombardman altında olduğunu bildirib:

“Odessa hər gün Rusiya bombardmanları altındadır. Şəhərin daha çox mühafizəyə ehtiyacı var. Yaralıların ağrılarını bölüşür, onlara tezliklə sağalmalarını arzulayıram. İnanıram və ümid edirəm ki, şəhərlərimiz Rusiya terrorizmindən güclüdür”.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər