Ru
22:22 / 16 May 2024

Bakıda bu yaşayış binaları sökülür - FOTO

Bakıda bu yaşayış binaları sökülür - FOTO
Eye

Bakı şəhərində daha bir söküntü aparılacaq ərazi məlum olub.

Bakupost.az -ın Trend-ə istinadən məlumatına görə, Nizami rayonu, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış 3 və 5 mərtəbəli köhnə yaşayış binalarının söküntüsünə başlanılacaq.

Məlumatda o da qeyd edilib ki, yerində on altı ədəd yeni müasir premium tipli binaların inşası nəzərdə tutulur.

Kompleksin həyətində park, uşaqlar üçün əyləncə mərkəzləri, uşaq bağçası, futbol meydançası və s. planlaşdırılır.

Qeyd edək ki, bundan öncə Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən üçmərtəbəli binanın söküldüyü barədə məlumat yayılmışdı.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar