Oman İran və Körfəz ölkələrinin nümayəndələrini Hörmüz boğazının gələcəyini müzakirə etmək üçün bir araya gətirməyə hazırlaşır.
“Bakupost” xəbər verir ki, görüşün gələn həftə Omanının Salalah şəhərində keçirilməsi planlaşdırılır.
Məlumata görə, Oman Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin və İranın xarici işlər nazirlərini görüşə dəvət etməyi planlaşdırır. Lakin toplantının keçirilib-keçirilməyəcəyi və bütün Körfəz ölkələrinin iştirak edib-etməyəcəyi hələ məlum deyil.
Hörmüz boğazı qlobal neft və qaz tədarükü üçün mühüm marşrutlardan biridir. ABŞ və İsrailin İrana zərbələrindən sonra boğazda gəmi hərəkətinin məhdudlaşması enerji təchizatı ilə bağlı narahatlıqları artırıb.
Vüsalə Hüseynova,
BakuPost