Ru
17:30 / 11 Sentyabr 2026

Tramp İranla müharibənin son gününü açıqladı: Kimi sakitləşdirməyə çalışır?

Tramp İranla müharibənin son gününü açıqladı: Kimi sakitləşdirməyə çalışır?
Eye

ABŞ Prezidenti Donald Tramp növbəti ziddiyyətli bəyanatla çıxış edib.

“Bakupost” xəbər verir ki, o, noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərindən dərhal sonra müharibənin başa çatacağını bildirib.

Onun fikrincə, İran ABŞ-nin iqtisadi təzyiqinə daha uzun müddət tab gətirə bilməz və qarşıdurmanın sonu məhz bu siyasi mərhələdən sonra gələcək.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Bakupost”a bildirib ki, Trampın açıqlaması reallığı əks etdirmir:


“Prezident seçiləndən bəzi reallaşmayan və bir-birinə zidd çoxsaylı açıqlamalar verib. ABŞ-dəki aralıq seçkidən dərhal sonra İranla müharibənin başa çatacağı bəyanatı da onun bu sayaq açıqlamalarından biridir. Hazırda onsuz da müharibə getmir. Yalnız lokal toqquşmalar baş verir. Belədə, lokal toqquşmalar davam edəcəksə, aralıq seçkilərdən sonra onun dayanacağını söyləmək çətindir. Tramp İranın iqtisadi cəhətdən zəiflədilməsi yolunu seçib. Noyabra da az qalıb. Həmin vaxta qədər də İran rejimi dəyişməyəcək. İran rejimi dəyişməyəcəyi təqdirdə isə ABŞ sanksikyaları davam etdirəcək. Bu isə lokal toqquşmaların hələ xeyli müddət, hətta aralıq seçkilərdən sonra da, baş verəcəyini söyləməyə əsas verir. Ona görə də Trampın həmin açıqlaması da reallığı əks etdirmir”.

Politoloq qeyd edir ki, Trampın bıyanatlarında belə ziqzaqlar çox olur:

“Amma 3 noyabrda müharibənin bitəcəyilə bağlı açıqlaması daha çox aralıq seçkilərdə respublikaçıların qələbəsini təmin etməyə hesablanıb ki, cəmiyyət yeni müharibədən qorxmasın və səslərini respublikaçılara versin. Ona görə də cəmiyyəti sakitləşdirməyə çalışır ki, guya noyabr seçkisindən sonra müharibə olmayacaq”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar