Ru
22:35 / 07 Yanvar 2022

Rusiya Qazaxıstanı işğal etməkdə ittiham olunur - VİDEO

Rusiya Qazaxıstanı işğal etməkdə ittiham olunur -  VİDEO
Eye

Qazaxıstanda bir qrup etirazçı “Qazaxıstan Azadlıq Cəbhəsi” adlı silahlı dəstə yaratdıqlarını elan ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə onlar video-müraciət yayıblar. Qruplaşma özlərini hakimiyyətin zülmünə və yalanlarına qarşı çıxan üsyankar döyüşçü adlandırıblar.

Onlar qruplar şəklində toplaşıb düşmənlərə qarşı hücuma keçməyə çağırış ediblər, Ukrayna və Belarusdakı dövlət çevrilişinə cəhdləri xatırladıblar. Həmçinin, Rusiyanı Qazaxıstanın işğalçısı kimi qeyd ediblər.

Bəzi məlumatlara görə, sözügedən videonun saxta olması mümkündür. Görüntünün mənşəyi və danışanların kimliyi hələlik məlum deyil.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar