Ru
19:00 / 26 Dekabr 2025

Rusiya Xarkova zərbə endirib, ölən və yaralananlar var

Rusiya Xarkova zərbə endirib, ölən və yaralananlar var
Eye

Bu gün Rusiya ordusunun Xarkovu və şəhər ətrafını idarə olunan aviabombalar ilə endirdiyi zərbələr nəticəsində ən azı bir nəfər ölüb, üç nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Xarkovun meri İqor Terexovun “Telegram” kanalına istinadən məlumat yayıb.

Məlumata görə, bomba şəhərin ən intensiv nəqliyyat axını olan yollarından birinə düşüb. Nəticədə içərisində insanlar olan bir neçə avtomobil yanmağa başlayıb.

“Hazırda bir nəfərin həlak olduğu, üç nəfərin yaralandığı məlumdur. Yaralılardan birinin vəziyyəti ağırdır. Zərbə yerinin yaxınlığında yerləşən çoxmənzilli və fərdi yaşayış evlərinə ziyan dəyib”, — şəhər rəhbəri bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar