Ru
14:58 / 10 Sentyabr 2026

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

Rusiyadakı azərbaycanlıların nəzərinə -  Putin tapşırıq verdi
Eye

Rusiya Prezidenti Vladimir Putin əmək miqrantlarının ölkədə yaşamağa və işləməyə hazırlanması üçün hökumətə tapşırıq verib.

"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Rusiya lideri ötən axşam DİN rəhbərinin birinci müavini, nazirliyin Miqrasiya Xidmətinin rəhbəri Andrey Kikot ilə görüşüb.

“Mən həmkarlarımla danışanda, ilk növbədə əmək miqrantlarının gəldiyi ölkələrdən olan nümayəndələr bildirirlər ki, həmin insanların Rusiyada işləməyə və yaşamağa hazırlanması məsələsində bizimlə birgə əməkdaşlıq etməkdə maraqlıdırlar”, - deyə Putin bildirib.

O qeyd edib ki, söhbət, xüsusilə uşaqların təhsili və onlara rus dilinin öyrədilməsindən gedir.

Putinin fikrincə, bu prosedurlar olmadan normal miqrasiya prosesini təşkil etmək olduqca çətindir.

Rusiya Prezidenti deyib ki, bu işlə yalnız Miqrasiya Xidməti deyil, bütün hökumət məşğul olmalıdır.

“Mən sizdən xahiş edərdim ki, bunu Rusiya hökumətində də gündəmə gətirəsiniz”, - deyə Putin vurğulayıb.

Bundan əvvəl Putin əmək miqrantları üçün tələbləri sərtləşdirmişdi.

Şərhlər
  • Bəhram

    İş-ticarət münasibətləri bizləri təsadüfən, ya biznes məcburiyyəti vətəndaşları yaxınlaşdırıbsa, nədən qarşılıqlı dil və ya digər münasibətlər daha anlaqlı, elə rəsmən də mədəni-geniş faydalı daha məhsuldar-əlaqələrə çevrilməsin? İkili vətəndaşlıq ömrünün yarısını burada, digər hissəsini orada yaşayan və adekvat-əksinə doğma Azərbaycanda vətəndaşlığa ehtiyacı olanlar az deyil? Tam azad hər vətəndaşa münasib və qanuni-mütənasib qaydaların tətbiqi ilə əlaqələri daha da genişləndirmək mümkündür.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar