Ru
20:22 / 17 Aprel 2024

Rusiyadan Azərbaycana gətirilən məhsulda bakteriya aşkarlandı

2959
Rusiyadan Azərbaycana idxal edilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, "Ladess Group” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi "Stavropolskiy Broyler” MMC-nin "Nevinnomısskiy” filialının istehsalı olan ümumi çəkisi 19,2 ton dondurulmuş toyuq filesi məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər