Biz Rusiya Federasiyasından boşanmaq niyyətində deyilik və uşaqları da bölməyi planlaşdırmırıq. Onların bizə ehtiyacı yoxdur? Bəs niyə bu qədər əsəbidirlər? Onların bizə ehtiyacı yoxdur, amma harada gəldi, deyirlər: "Rusiyada Ermənistanın özündə olduğundan daha çox erməni yaşayır", "Rusiya olmasaydı, Ermənistan dövlət kimi mövcud olmazdı". Əgər bizə bu qədər ehtiyacınız yoxdursa, indi nəyi müzakirə edirik?
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Moskva ilə İrəvan arasındakı mövcud mübahisələrin siyasi prosesin bir hissəsi olduğunu vurğulayan Simonyan jurnalistlərə “stəkanda fırtına” yaratmamağı məsləhət görüb:
“Bu, siyasətdir: onlar öz fikirlərini bildirəcəklər, biz də öz fikirlərimizi bildirəcəyik, sonra isə oturub hər şeyi müzakirə edəcəyik, danışacağıq. Onlar nəsə təklif edəcəklər, biz də başqa bir şey təklif edəcəyik. Bu, siyasətdir, evlilik və boşanma deyil. Biz aliment tələb etməyəcəyik və ya uşaqları bölüşməyəcəyik. Biz ümumiyyətlə bu cür müzakirələrin əleyhinəyik".