Ru
17:44 / 13 May 2024

"Rusiyasız sülh konfransı mənasızdır" - Türk diplomat

"Rusiyasız sülh konfransı mənasızdır" - Türk diplomat
Eye

İsveçrədə keçirilməsi planlaşdırılan Ukrayna sülh konfransı Rusiyanın iştirakı olmadan heç bir məna kəsb etməyəcək.

Bakupost.az xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən türk diplomat TASS-a bildirib.

O, sözügedən konfransın sadəcə vaxt itkisi olduğunu deyib.

“Ukrayna Rusiya ilə birbaşa danışıqların qeyri-mümkün olduğunu iddia edir və bütün Qərbi öz sülh formulunu qəbul etmək üçün İsveçrəyə dəvət edir. Zelenski və komandası iki il əvvəl sülhə yol açan əvvəlki razılaşmalara, İstanbul danışıqlarına məhəl qoymadılar və ilk növbədə onların Rusiya ilə danışmalı olduğunu başa düşə bilmədilər. Bütün digər təşəbbüslər və konfranslar, harada keçirilməsindən asılı olmayaraq, mənasızdır”- deyə türk diplomat bildirib.

Qeyd edək ki, iyunun 15-16-da İsveçrədə Ukrayna ilə bağlı konfransın keçirilməsi planlaşdırılır.

Vasif
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar