Ru
11:42 / 05 Oktyabr 2022

Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi - Moskva nələri itirəcək?

2510

Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Yeni paket Rusiya neftinin qiymətlərini məhdudlaşdıracaq.

Bakupost.az xəbər verir ki, bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Avropa İttifaqı ölkələrinin səfirləri oktyabrın 4-də keçirilən iclasda yeni sanksiyalar paketinin şərtlərini təsdiqləyiblər. Sənədin yekun variantı oktyabrın 5-də qəbul olunacaq.

Yeni sanksiyalar paketi neftin qiymətinin yuxarı həddini müəyyən etmək üçün hüquqi imkanları əhatə edəcək. “Politico”nun məlumatına görə, Rusiya neftini üçün dəqiq qiymət həddi hələ müəyyən edilməyib. ABŞ-ın məlumatına görə, bu, yaxın həftələrdə həyata keçiriləcək.

“Politico” yazır ki, Avropa İttifaqı Malta, Yunanıstan və Kiprə güzəştə gedəcək. Onlar əvvəllər Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulmasına etiraz ediblər.

Bundan əlavə, tədbirlər paketi Rusiyanın polad sənayesinə zərbə vurmağı hədəfləyir. Buraya fərdi sanksiyalar da daxildir.

Gözlənilir ki, yeni sanksiyalar paketi təsdiqləndikdən sonra Aİ ölkələrinin vətəndaşlarına Rusiya dövlət şirkətlərinin rəhbər orqanlarında vəzifə tutmaq qadağan olunacaq.

Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər