Ru
09:30 / 17 May 2025

Ruslar Ukraynada səkkiz nəfəri öldürdü

Ruslar Ukraynada səkkiz nəfəri öldürdü
Eye

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətinin Belopolye yaxınlığında mülki şəxslərin olduğu avtobusa zərbə endirməsi nəticəsində səkkiz nəfər həlak olub, yaralılar da var.

Bakupost.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun video müraciətinə istinadən xəbər verib.

Məlumata görə, xilasetmə əməliyyatı davam edir.

"Təəssüf ki, rusların mülki şəxslərin olduğu avtobusa hücumu nəticəsində ölənlər var. İlkin məlumata görə, 8 nəfər həlak olub", - o bildirib.

Bundan əlavə, Vilayət Hərbi Administrasiyasının rəhbəri atəş nəticəsində 5 nəfərin yaralandığını bildirib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar