Ru
11:29 / 24 Yanvar 2022

"Rüşvət cinayətləri 2 dəfə artıb” - Baş prokuror

1384
“Ötən il Azərbaycanın rayon prokuorluqlarında vəzifə cinayətləri ilə bağlı bir sıra cinayət işi başlanılıb”.

Bakupost.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O deyib ki, rüşvət alma və rüşvət vermə cinayətləri ötən illərə nisbətən 2021-ci ildə 2 dəfə artıb.

Baş prokurorun sözlərinə görə, 2021-ci ildə rayon prokurorluqlarında ümumilikdə 2061 cinayət işi açılıb. K.Əliyev vurğulayıb ki, rayon prokurorluqları 633 cinayət işinin istintaqını yekunlaşdıraraq məhkəməyə göndərib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər