Gürcüstanda həbsdə olan sabiq prezident Mixail Saakaşvili paytaxt Tbilisidəki xəstəxanaya köçürülüb.
Bakupost.az xəbər verir ki, son bir neçə gündə səhhəti pisləşən və huşunu itirən Saakaşvili gecə saatlarında həbsxanadan paytaxt Tbilisidəki "Viva Med" klinikasına yerləşdirilib.
Qeyd edək ki, M.Saakaşvilinin hazırkı sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Yaxınları siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb ediblər.
Xatırladaq ki, siyasətçi ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb.