Mixeil Saakaşvili siyasətdən gedir və özünün yaratdığı Vahid Milli Hərəkat Partiyasını (VMHP) tərk edir.
Bakupost.az xəbər verir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani məlumat yayıb.
“Onun indi əsas vəzifəsi sağlamlığının qayğısına qalmaqdır. O, nə siyasətlə maraqlanır, nə də bu mövzuda danışır. İndi söhbət siyasətdən yox, onun həyatından gedir”, - deyə vəkil vurğulayıb.
Xatırladaq ki, M.Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur.