Həkimlər Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin bədənində ağır metalların aşkar edildiyini açıqlayıb.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, Saakaşvilinin həkimi Mariam Сişkariani onun bədənində 3 ağır metal aşkar edildiyini bildirib: “Saakaşvili işgəncələrə məruz qalıb və ola bilsin ki, onu zəhərləmək cəhdi olub. Onun saçında üç ağır metal aşkar edilib”.
Həkim həmçinin Gürcüstan Prezidenti Salome Zurabişviliyə müraciət edərək, Saakaşvilinin əfv olunmasını xahiş edib.
Xatırladaq ki, keçmiş dövlət başçısı 2021-ci il oktyabrın 1-də yerli seçkilər ərəfəsində ölkəyə qayıtdıqdan sonra Tbilisidə saxlanılıb. Onun barəsində sərhədi qanunsuz keçmək maddəsi ilə cinayət işi açılıb. Siyasətçi həmçinin bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsində ittiham edilir.
Günel
BakuPost