Ru
13:50 / 13 May 2024

"Saatlıq minimun əməkhaqqının tətbiqi daha effektivdir" - Ekspert

2562
Xəbər verdiyimiz kimi, Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.

Bəs, saatlıq minimum əməkhaqqının hesablanması aylıq minimum əməkhaqqının məbləğinə təsir edəcəkmi?



Məsələyə münasibət bildirən Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov Bakupost.az -a deyib ki, saatlıq minimum əməkhaqqının tərbiqi ölkə üzrə əsasən, iki istiqamətdə əməkhaqqı fondunun fornalaşmasına təkan verə bilər:


"Saatlıq əməkhaqqı minimumunun tətbiqi işə götürənlər qarşısında yeni öhdəliklər qoyacaq. Bu da tədricən əməkhaqqı fondunun artımına təsir göstərə bilər. Digər tərəfdən, məlumdur ki, bu gün ölkədə qısa müddətli işə götürmə geniş yayılıb. Belə olan halda konkret olaraq günlük, beş günlük, bir həftəlik hansısa işlərin yerinə yetirilməsi üçün əmək müqavilələri bağlana bilər. Orada artıq aylıq deyil, saatlıq minimun əməkhaqqının tətbiqi daha effektiv və məntiqlidir. Ona görə də hesab edirəm ki, bu yanaşmaların tətbiqi müsbət nəticələr verə bilər. Artıq ölkədə işə götürmə prosesinin, əmək münasibətlərinin leqallaşmasında müsbət nəticələr əldə etmişik. Əməkhaqqı fondunun artımı, minimun əməkhaqqının artırılması istiqamətində də müsbət addımlar atılıb. Bu baxımdan hesab edirəm ki, saatlıq minimum əməkhaqqının tətbiqi də müsbət dəyişikliklərə əlavə impuls verə bilər".

Sevinc,
BakuPost
Şərhlər
  • N.Seyfeli.

    Mentiqsiz ve ciliz bir teklifdir, minimum emek haqqini artirmaq, ele saatliq emek haqqini artirmaq deyilmi?O, boyda professorun teklifine metel qaliram, hansi ki, daha semereli teklif vermek olardi!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər