Ru
23:20 / 12 İyul 2022

Sabah başınıza nələr gələcək? – “Super Ay”ın bürclərə təsirləri

9401
İyulun 13-də “Super Ay” (peykin Dünyaya ən yaxın mövqedə olduğu zamanlarda müşahidə olunan parlaq, bütöv ay) görünəcək.


Eynilə Ay tutulması kimi “Super Ay” da xeyirə yozulmur. Ən böyük təsiri ilk gün yaşasaq da, bu təbiət hadisəsinin gücünü qarşıdakı 1 ay ərzində hiss etməyə davam edəcəyik.


Sabahdan etibarən xəyanətlərlə üzləşə, xəyal qırıqlıqları yaşaya bilərik. Münasibətlər, ailə, iş və karyera ilə bağlı məsələlər gündəmə gələcək. Bizi narahat edən hər məsələdə reallıqla üzləşib, son qərarı verməli olacağıq.


Bakupost.az xəbər verir ki, “Super Ay” təkcə şəxsi həyatımıza deyil, qlobal hadisələrə, siyasi arenaya da öz təsirini göstərəcək. Belə ki, bəzi liderlərin və yüksək səlahiyyətli şəxslərin bağlı qapılar arxasında razılığa gəldikləri anlaşmalar gün üzünə çıxacaq. Həmçinin səhiyyə ilə bağlı xəbərlər gündəmə gələcək. Bəzi məxfi sənədlər üzə çıxa, xüsusən də peyvəndlərlə bağlı yeniliklər mediaya sıza bilər.


Xəstəxanalar, qocalar evləri və həbsxanalarda yanğın və ya ölüm hadisələrinin baş verməsi ehtimalı var.


Bəs narahatlıqla qarşılanan “Super Ay” bürclərə necə təsir edəcək?


Qoç



Karyeranızla bağlı bəzi dəyişiklik etməyə məcbur qalacaqsız. Bir müddətdir ailə və ev məsələlərində yaşadığınız qeyri-müəyyənliklərə son veriləcək. Xoşagəlməz proseslər baş versə də, sonda aldığınız qərarlar xeyrinizə olacaq.


Buğa


Təhsil və xaricdə yaşamaq xəyallarınızla bağlı yeni qərarlar verəcəksiniz. Xaricdə məskunlaşma, təyinat və ya hüquqi məsələlər əsas gündəminiz olacaq.


Əkizlər


Kreditlər, borclar və vergilər sizə çətin günlər yaşadacaq. Pul itkisi ilə üzləşəcəksiniz. Miras və aliment məsələləri də gündəminizdə olacaq.


Xərçəng

Həyat yoldaşı, sevgilisi olanlar çətin günlər keçirəcəklər. Evlilik, tərəfdaşlıq mövzularında sınanacaqsınız. Həyatınızda nələrisə dəyişməyə məcbur hiss edəcəksiniz. Bəzi xərçənglər evlənməyə qərar verərkən, bəziləri də ayrılıq mərhələsinə gələcəklər.


Şir


İş həyatınızla bağlı problemlər sizi məşğul edəcək. Mühim dəyişikliklər dövrünə qədəm qoyursunuz. Ev heyvanlarınız varsa, diqqətli olun. Həm özünüzün, həm də ev heyvanlarınızın sağlamlıq problemləri yarana bilər.


Qız


“Super Ay”ın yaxşı təsir edəcəyi nadir bürclərdənsiniz. Uşaqlarınız, hobbiləriniz və sevgi mövzuları gündəminizi məşğul edəcək. Dostlarınızdan yaxşı xəbərlər alacaqsınız. Çox sosial olduğunuz üçün eşq həyatınızda bəzi dəyişikliklər olacaq.


Tərəzi


Daşınmaz əmlakla bağlı məsələlərdə diqqətli olun. Atanızın və ya digər ailə üzvlərinin sağlamlığında problemlər yarana bilər. Ev təmiri və ya yeni evə köçməklə bağlı işlərinizi 10 gün sonraya ertələməyiniz məsləhətdir.


Əqrəb


İnsanlarla ünsiyyət qurmaqda çətinlik çəkəcəksiniz. Təhsillə bağlı məsələləri ertələyin. Bacı-qardaş münasibətlərində problemlər görünür. Üzərində çalışdığınız layihələr varsa, onları bitirmək üçün tələsməyin.


Oxatan


Əsas gündəminiz maliyyə problemləri olacaq. Verdiyiniz borcları geri istəyəcəksiniz, lakin bu sizə çətinliklər törədəcək. Kreditlərinizlə bağlı ödəmə planınızı dəyişməli olacaqsınız.


Oğlaq


Siz bu ay ancaq xarici görünüşünüzlə məşğul olacaqsınız. İdmana və ya pəhrizə başlamaq, estetik əməliyyat etdirmək kimi qərarlarınız yaxınlarınızı təəccübləndirəcək. Özünüzə inamınız və daxili gücünüz heç olmadığı qədər artacaq.


Dolça


Yorğun hiss edəcəksiniz. Şüuraltı qorxularınız sizi yenidən narahat etməyə başlayacaq. Səhhətinizlə bağlı bəzi problemlər yaranacaq.


Balıq


Bu ay bəzi dostlarınızla yollarınız əbədi olaraq ayrılacaq. Həyatınıza yeni insanlar daxil olacaq. Müxtəlif tədbirlərə qatılacaq, sosiallaşmağa can atacaqsınız.


Aysel

Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər