Ru
12:54 / 19 İyun 2022

Sabah hava belə olacaq - PROQNOZ

Sabah hava belə olacaq -  PROQNOZ
Eye

İyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-34° isti, Bakıda gecə 20-22° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar