Ru
12:18 / 20 Yanvar 2023

Sabah hava buludlu olacaq

Sabah hava buludlu olacaq
Eye

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, duman olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar