Ru
16:55 / 24 Aprel 2024

Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlandı - Yenilənib-FOTO

Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlandı -  Yenilənib-FOTO
Eye

1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bakupost.az xəəbr verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***
16:55

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakupost.az -a bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci -ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə şəraiti, səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar