Ru
20:05 / 20 İyul 2025

Sabiq futbolçunun atası dənizdə boğuldu

Sabiq futbolçunun atası dənizdə boğuldu
Eye

Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində Xəzər dənizi sahilində qeydə alınıb.

Məlumata görə, 1971-ci il təvəllüdlü Asif Muxtarov dənizdə çimərkən batıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Asif Muxtarov keçmiş futbolçu Nicat Muxtarovun atasıdır. N. Muxtarov “Sumqayıt” klubunda çıxış edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar