Ru
17:27 / 01 Oktyabr 2024

Sabiq rektorun qardaşı işdən çıxarıldı

Sabiq rektorun qardaşı işdən çıxarıldı
Eye

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlı vəzifəsindən uzaqlaşdırılıb.

Bakupost.az News24.az-a istinadla xəbər verir ki, o artıq bir neçə gündür bu vəzifəni icra etmir.

Məlumata görə, o işində verdiyi nöqsanlara görə çıxarılıb.

N.Babanlının vəzifəsindən azad edilməsini sözügedən regional təhsil idarəsindən təsdiqləyiblər. Amma səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, Nizaməddin Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru Mustafa Babanlı və AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının qardaşıdır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar