Ru
18:05 / 22 Aprel 2024

Sabir Rüstəmxanlıdan gənclərə çağırış - FOTO

1866
Sabir Rüstəmxanlıdan gənclərə çağırış-FOTO
Qaradağ rayonu, Qobustan qəsəbəsində Aşıq Rza Qobustanlı adına Mədəniyyət Evində Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə görüş keçirilib.

Bakupost.az xəbər verir ki, görüşdə rayon ictimaiyyəti, ədəbiyyatsevərlər iştirak ediblər. Tədbirin əvvəlində Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, belə görüşlərin ədəbi mühitin inkişafına, gənclərin bədii ədəbiyyata marağının artmasına, dünyagörüşlərinin əhatəli olmasına xidmət edir.



Vurğulanıb ki, Sabir Rüstəmxanlı geniş oxucu rəğbəti qazanmış “Ömür kitabı” adlı əsərin, “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və s. şeir kitablarının, poemaların, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi (Cavad xan)” kimi romanların müəllifidir.

Görüş zamanı şair tədbir iştirakçılarının ona ünvanladıqları sualları cavablandırıb, gənclərə öz tövsiyələrini verib, onları Azərbaycan yazarlarının əsərlərini mütaliə etməyə çağırıb. Xalq şairi şeirlərindən nümunələr söyləyib. Görüşün sonunda Sabir Rüstəmxanlı imzalı kitablarını hədiyyə edib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər