Ru
13:55 / 06 İyun 2024

Şagirdlər sinifdə həvəssiz, candərdi otururlar - Dərslərin bitmə tarixi dəyişəcək?

3065
“Avropa təhsil sisteminə inteqrasiya əsas gətirilərək, 2004-cü ildən Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərslərin 14 iyuna qədər davam etməsi həm müəllimləri, həm də şagirdləri yorur. Yay aylarında şagirdlərin dərs oxumağa bir o qədər də həvəsi olmur. İyunun ortalarına kimi uzadılan dərslərin heç bir mənası yoxdur. Çünki şagirdlər dərsdə həvəssiz şəkildə, candərdi otururlar. Bunun isə nə müəllimə, nə də şagirdə faydası ola bilməz”.



Bunu Bakupost.az -a təhsil eksperti Elşən Qafarov bildirib.

O vurğulayıb ki, iyunda övladını məktəbə aparıb-gətirmək valideynlər üçün də olduqca çətindir:

“Tədris sentyabrın 1-də başlasa, daha yaxşıdır. Biz də artıq dünya təcrübəsindəki kimi 36 həftəlik tədrisə keçməliyik. Bu, təhsilin keyfiyyətinə müsbət mənada təsir edəcək. Dünyanın müxtəlif ölkələrində tədris ilinin başlanılması fərqli tarixlərdə olsa da, bir çoxunda sentyabrın 1-də başlayır. Azərbaycanda da bu sistemin tətbiqinə başlamaq lazımdır. Bu, təhsilin keyfiyyətinə müsbət mənada təsir edəcək”.

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər