Ru
12:53 / 18 İyul 2024

Şahrudin yenidən “Qarabağ”da

Şahrudin yenidən “Qarabağ”da
3310

Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev “Qarabağ” klubuna transfer edilib.

Bakupost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubla qolkiper arasında 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Şahrudinin son klubu “Adana Demirspor” olub.

Məhəmmədəliyev 2016-23-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, 2023-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib.

Xatırladaq ki, Şahrudin “köhlən atlar”la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

O, Azərbaycan milli komandasında 29 oyun keçirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar