Ru
20:57 / 13 Avqust 2022

Salman Rüşdini bıçaqlayan şəxs həbs edildi

8184
Hind əsilli Britaniya yazıçısı Salman Rüşdiyə hücum edən Hadi Matar həbs edilib.



Bakupost.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Nyu-York Çatokua dairə prokuroru Ceyson Şmidt açıqlama verib.


Prokuror sözlərinə görə, Matar ikinci dərəcəli adam öldürməyə cəhd və ikinci dərəcəli hücumda ittiham olunur. O, hazırda Çautauka qraflığının həbsxanasında saxlanılır.



24 yaşlı Matarın sosial şəbəkələrdəki paylaşımlarına əsasən onun “şiə ekstremizminə” və İslam İnqilabı Keşikçiləri Korpusunun məqsədlərinə rəğbət bəslədiyi anlaşılıb.



Xatırladaq ki, 75 yaşlı yazıçı Salman Rüşdi dünən Nyu-York əyalətindəki Chautauqua County Təhsil Mərkəzində mühazirə oxumağa hazırlaşarkən Matarın bıçaqlı hücumuna məruz qalıb. “Şeytan ayələri” kitabına görə İslam aləminin qəzəbinə tuş gələn yazıçının vəziyyəti kritik ağır olaraq qalır.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər