Ru
19:51 / 22 Sentyabr 2026

Ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ

Ali təhsil müəssisələri distant təhsilə keçir -  RƏSMİ
Eye

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb.


“Bakupost” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.

Əmr Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb.

Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Şərhlər
  • Günəş

    Bu basabasda bu formula kimə lazımdır? Bu insanlara niyə bu qədər nifrət edirlər? Öıkə bağlı, sərhədlər bağlı, yollar bağlı, yiyəsizlikdən insanlar çarə tapa bilmirlər

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar