Ru
20:20 / 13 Yanvar 2024

Şamaxı-İsmayıllı yolu bağlandı - Yüzlərlə avtomobil yolda qaldı

Şamaxı-İsmayıllı yolu bağlandı - Yüzlərlə avtomobil yolda qaldı
Eye

Güclü yağan qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolunu bağlanıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalıb.

İlkin məlumatlara əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Qarın qalınlığı 10 sm artıqdır, yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda yolların buz bağlaması Ağsu dolaylarında da müşahidə edilir.

Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar meydana gəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar