Ru
15:12 / 02 Aprel 2026

Ermənistan KTMT-yə qayıtmayacaq

Ermənistan KTMT-yə qayıtmayacaq
Eye

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini bərpa etməsini gözləmək real deyil.

Bakupost.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Pashinyan Rusiya Prezidenti Vladimir Putin ilə Moskvada keçirilən son danışıqlardan sonra brifinqdə deyib.

Ermənistan tərəfinin Moskvadakı danışıqlardan sonra KTMT-ylə bağlı mövqeyini dəyişib-dəyişmədiyi ilə bağlı suala cavab olaraq deyib ki, geriyə keçmişə daim boylanmağa ehtiyac yoxdur.

Paşinyan Rusiya liderinə KTMT məsələsinin kifayət qədər müzakirə olunmuş hesab edilməsini və digər mövzulara keçməyi təklif etdiyini bildirib.

Onun sözlərinə görə, mövcud məsələlər üzrə hər kəsin öz həqiqəti var. “Biz daim eyni nöqtəyə baxmamalı, müzakirə edib ölçüb-biçməməliyik. Biz hər şeyi yaxşıca düşünmüşük və müəyyən nəticələrə gəlmişik. Dünən bu nəticələri qarşılıqlı hörmət şəraitində bölüşdük”, - Paşinyan vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar