Ru
15:36 / 10 Yanvar 2025

Samir Şərifovdan yeni vəzifəsində ilk - AÇIQLAMA

Samir Şərifovdan yeni vəzifəsində ilk - AÇIQLAMA
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.

Bakupost.az “Manset.az”a istinadən xəbər verir ki, yeni təyinatı ilə bağlı açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacağam ki, bu etimadı doğruldum. Hələ ki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah növbəti həftə bəlli olacaq”, - S. Şərifov əlavə edib.

Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar