Könül Hüseynova 12 ildir cins itlərin alqı-satqısı ilə məşğuldur.
Bakupost.az xəbər verir ki, o sonuncu dəfə Əlizadə Rəfael adlı şəxsdən aldığı itlərdə vəba xəstəliyi olduğunu iddia edir.
Nəticədə həm aldığı, həm də əvvəldən evində olan sağlam itlər yoluxaraq tələf olublar. Şikayətçi ciddi şəkildə maddi və mənəvi zərərə uğradığını deyir. O, vəziyyəti Əlizadə Rəfaelə bildirdiyini, əvəzində isə təhqir edildiyini bildirir. İttiham edilən Əlizadə Rəfael isə bu iddiaların əsassız olduğunu qeyd edir.