Ru
12:06 / 22 Aprel 2024

"Səfiri geri çağırmaq düşünülmüş demarşdır" - Açıqlama

1709
Xəbər verdiyimiz kimi, Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb. Sözügedən ölkə əsassız olaraq rəsmi Bakını ikitərəfli münasibətlərə xələl gətirməkdə ittiham edib.



Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev Bakupost.az -a deyib ki, Fransanın Azərbaycandakı səfirini geri çağırması düşünülmüş, müvəqqəti, həm də çox uğursuz siyasi demarşdır:

“Səfiri məsləhətləşmək adı altında geri çağırıblar. Burada məqsəd başqadır. Fransa bununla Azərbaycana təzyiq etməyə çalışır. Amma alınmayacaq. Azərbaycan nüfuzlu, öz sözünü demiş, qüdrətli bir dövlətdir. Fransanın Azərbaycana qarşı elədikləri nə dövlətlərarası əxlaq, nə də beynəlxalq hüquqa sığır. Fransa daim Azərbaycanın daxili işinə qarışırlar. Bu, BMT Nizamnaməsinin müvafiq maddələrinin kobud şəkildə pozulmasıdır. Yaxşı olar ki, səfiri geri göndərməsinlər və bu ölkənin Azərbaycandakı səfirliyi bağlansın”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər