Ru
08:07 / 02 Aprel 2024

Səhər idmanı ilə günə pozitiv başlayın...

1373
Axşam, yoxsa səhər idman etməliyik? Hansı daha faydalıdır?


Əslində hər ikisinin fərqli faydaları var. Ona görə də bu sualın cavabı şərtlərdən və məqsədlərdən asılı olaraq dəyişir. Bəs onda şərait səhər idmanı üçün uyğundursa, bunun bizə hansı faydaları var?

Bakupost.az səhər idmanıyla bağlı yazını təqdim edir.

Səhər idman etməyin faydaları bunlardır:
Səhər idman etmək başqa işlərə vaxt ayırmaq deməkdir.

İnsanların sıx olduğu şəhərlərdə təmiz havada idman etmək istəyənlər üçün səhər saatları daha uyğundur.

Səhər idmanı oksigen qəbulunu və qan dövranını artıraraq gün ərzində fiziki və psixoloji olaraq daha keyfiyyətli vaxt keçirməyinizə kömək edir.
Səhər idman edərkən tənzimlənən bioloji funksiyalar sağlam yuxunu dəstəkləyir.
Həddindən artıq olmadan acqarına edilən səhər məşqi yağ yanmasını daha təsirli şəkildə dəstəkləməyə kömək edir. Çünki gecə ərzində enerji mənbəyi kimi istehlak edilən karbohidratlar əvəzinə yağlar qalır.

Səhər məşqləri nəfəs almağı əhəmiyyətli dərəcədə asanlaşdırır, ağciyərlər normaldan daha çox nəfəs alır.

Bəzi araşdırmalar səhər idmanının qan dövranını sürətləndirərək beyinə oksigen miqdarını artırmaqla yaddaşı və beyin gücünü yaxşılaşdırdığını göstərib.




İdmanın səhər və ya axşam edilməsindən asılı olmayaraq, xoşbəxtlik hormonu adlanan endorfin ifrazını dəstəkləyir. Beləliklə, gün ərzində problemlərə daha analitik və pozitiv yanaşmaq olar.
Məlumdur ki, səhər idmanı ürək sağlamlığının qorunmasında təsirlidir. Bu hərəkətlər bədənin müqavimətini əhəmiyyətli dərəcədə artırır.

Ancaq səhər idman edərkən bunlara diqqət edin:
Səhər idmanına yuxudan oyandıqdan 15-20 dəqiqə sonra başlamaq lazımdır. Çünki 15-20 dəqiqə sonra azalan insulin müqaviməti aclıq hissinə səbəb olur. Bu isə özümüzü psixi cəhətdən yaxşı hiss etməməyimizlə nəticələnə bilər.

Səhər idman etdikdən sonra mütləq normal bir səhər yeməyiniz olmalıdır. Əks halda orqanizm enerji ehtiyacını zülallardan qarşılayacaq. Burda isə söhbət əzələlərin istifadə etdiyi zülallardan gedir. Bu zülalların istifadəsi isə əzələlərin parçalanmasına səbəb olur, yəni əzələlər kiçilir və zəifləyir.

Bundan əlavə, səhər idmanı zamanı ürəyi yormayacaq məşqlər seçmək çox vacibdir.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər