Ru
09:13 / 09 May 2022

Səhərlər yağ-çörək mədəaltı vəzin düşmənidir - ALİMLƏR

Səhərlər yağ-çörək mədəaltı vəzin düşmənidir - ALİMLƏR
Eye

Alimlər illərlə spirtli içkinin və şirin qidalar, şəkərin mədəaltı vəz hüceyrələrini məhv edib, pankreatit, şəkərli diabet yaratdığını deyirdi. Lakin indi bu orqanın düşməni yağ elan olunub.

Bakupost. az xəbər verir ki, xüsusən insanların səhər yeməyində adət etdiyi çörəyə kərə yağını bol çəkib yemək mədəaltı vəzi sıradan çıxara bilər.

Səhərlər çörək, üstündə yağ, üstündə yağlı pendir kimi qidaların birgə qəbulu mədəaltı vəzi yükləyir, damarların aterosklerozunu sürətləndirir.

Çünki bu cütlükdə xolesterin və triqliseridlər çoxdur.

Bunu tibb elmləri namizədi, qasntoenteroloq Sergey Vyalov bildirib.

Müntəzəm olaraq yağ qəbul edənlərdə qaraciyər və mədəaltı vəz sıradan çıxır.

Xüsusən yağlı qidaları alkoqolla qəbul edəmlərdə.

“Yağlı qida qəbulu zamanı öd şirəsi mədəaltı vəz axarlarına sıçrayır. O vaxtından əvvəl ferment hasilinə başlayır, nəticədə özü öz vəzisini həll etməyə başlayır”.


Aygün Musayeva
BakuPost


Şərhlər
  • Bəhrami

    Səhərlər ən çoxu 20 qr kərə belə, çaysız da yeyilməz. Nahara qədər Kəsmik, pendir, ya südlə qidalanmayan, xüsusilə fiziki işlərdə nahara qədər əvəzləyici hansı qida enerjisinə çalışa bilər? Məncə, öz düşüncənizi yazsanız daha faydalı olardı? Yaxşı vəzi şirəsi və həzm üçün mümkün qədər təbii və (uzun ömürlü, kökəldici və s) qatqılarsız ərzaq gərəkdir! Buna da hər müstəqil dövlətin mümkün qədər digər heç bir ölkədən azılı olmayan ƏRZAQ_YEM proqramı olmalıdır!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar