Ru
19:46 / 27 Mart 2026

Məhkəmədən rusiyalı nazirlə bağlı QƏRAR

Məhkəmədən rusiyalı nazirlə bağlı  QƏRAR
Eye

Rusiyanın Stavropol diyarının məhkəməsi vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan bölgənin energetika, sənaye və rabitə naziri olmuş İvan Kovalyovun barəsində həbs qətimkan tədbiri seçib.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir mayın 24-nə qədər həbsdə saxlanılacaq.

İstintaqın versiyasına görə, nazir öz müavini ilə əlbir olaraq dövlət mülkiyyətində olan daşınmaz əmlakın icarəyə verilməsini təsdiqləyən qanunsuz əmr verib. Daha sonra bir təşkilatla icarə müqaviləsinin bağlanmasını təşkil edib.

"İstintaq hesab edir ki, vəzifəli şəxsin və onun müavininin hərəkətləri vətəndaşların və təşkilatların hüquqlarının, qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olub", - deyə mənbə nəşrə bildirib.

Xatırladaq ki, daha əvvəl Stavropol diyarının energetika, sənaye və rabitə naziri İvan Kovalyovun saxlanıldığı barədə məlumat verilmişdi. Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərini aşma) maddəsi üzrə cinayət işi açılıb. Bu maddəyə əsasən, ən yüksək cəza 10 ilə qədər həbsdir.

İvan Kovalyov 2021-ci ildən Stavropol Sənaye və Ticarət Nazirliyinin rəhbəri olub. Bundan əvvəl o, nazirin birinci müavini vəzifəsində, daha öncələr tikinti və yanacaq-enerji şirkətlərində çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar