Amerika qoşunlarının yerləşdiyi Səudiyyə Ərəbistanının "Şahzadə Sultan" Hərbi Hava Bazasında bir neçə yanacaqdoldurma təyyarəsi məhv edilib.
Bakupost.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb
"Əl-Harc bazasında ABŞ terrorçu ordusuna dəstək verən logistika donanmasına aid bir neçə tanker təyyarəsi məhv edilib", - məlumatda deyilib.
Qeyd edək ki, ABŞ ordusu bu barədə iddiaya hələlik cavab verməyib.