Ru
21:44 / 27 Mart 2026

"FIFA Series - 2026": Millimiz böyükhesablı qələbə qazandı - VİDEO

"FIFA Series - 2026": Millimiz böyükhesablı qələbə qazandı - VİDEO
Eye

Azərbaycan millisi "FIFA Series - 2026" beynəlxalq turnirində ilk oyununu keçirib.

Bakupost.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Sent-Lüsiya yığması ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə bitib - 6:1.

Komandanın qollarını 2-ci dəqiqədə Emin Mahmudov (p), 21-ci dəqiqədə Rəhim Sadıxov, 37-ci dəqiqədə Musa Qurbanlı, 64-cü dəqiqədə Toral Bayramov, 87-ci dəqiqədə Vüsal İsgəndərli, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə vurublar.

Qonaqlardan Filip Donavan (p) 52-ci dəqiqədə adını tabloya yazdırıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar