Rusiyada idxal edilən avtomobillərlə bağlı qaydalarda dəyişiklik edilib.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Rusiya Sənaye və Ticarət Nazirliyi fiziki şəxslər tərəfindən ölkəyə gətirilən avtomobillərdə ERA-GLONASS sistemi ilə SOS düyməsinin quraşdırılmasının məcburi tətbiqini təxirə salıb.
Məlumata görə, bu tələbin aprelin 1-dən qüvvəyə minməsi planlaşdırılırdı. Lakin nazirlik qərarın tətbiqini daha gec tarixə keçirib.
Qeyd olunur ki, hüquqi şəxslər tərəfindən idxal olunan avtomobillər üçün SOS düyməsinin quraşdırılması tələbi artıq uzun müddətdir məcburidir.