Ru
19:37 / 27 Mart 2026

İki nəfərin boğulduğu həmin tunel yenidən bağlandı

İki nəfərin boğulduğu həmin tunel yenidən bağlandı
Eye

Paytaxtda müşahidə olunan güclü yağışlar səbəbindən Sabunçu rayonu ərazisində nəqliyyatın hərəkətində məhdudiyyət tətbiq edilib.

Bakupost.az xəbər verir ki, rayonun Asəf Əsədullayev küçəsində yerləşən tunel təhlükəsizlik məqsədilə hərəkət üçün tam bağlanıb.

Xatırladaq ki, 2024-cü ilin oktyabr ayında yağan şiddətli yağışlar zamanı həmin tunelə su dolması nəticəsində iki nəfər boğularaq həyatını itirmişdi.

Həmin il oktyabrın 28-də tuneli yenidən su basmış və tunelə giriş-çıxış bağlanmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar