İran mediasında ötən gün İsrailə məxsus F-35 təyyarəsinin vurulması və qadın pilotun əsir alınması iddiası ilə bağlı foto yayılıb.
Bakupost.az xəbər verir ki, qadın pilotun fotosu müzakirələrə səbəb olub. Belə ki, qdının əsir alındığı və ya F-35-in vurulmuş deyil, israilli pilotun öz qırıcısının önündə çəkdirdiyi foto tirajlanıb. Bu isə birmənalı qarşılanmayıb və sübut kimi qəbul edilməyib.
Xatırladaq ki, “Fars” xəbər agentliyi İranın hava hücumundan müdafiə sistemlərinin bir neçə İsrail hərbi təyyarəsini, o cümlədən F-35 qırıcısını vurduğunu bildirsə də, İsrail ordusu bu məlumatı təkzib edib.
Aygün,
BakuPost