Ru
11:29 / 24 Noyabr 2022

Separatçı "nazirləri" qovan Vardanyan Moskvaya gedir

Separatçı "nazirləri" qovan Vardanyan Moskvaya gedir
Eye

Qarabağdakı erməni separatçı “hökumət”inin rəhbəri, Kremlin himayə etdiyi Ruben Vardanyan dünən İrəvana gedib.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Teleqram kanalları qeyd edirlər ki, bu səfər məhz Vardanyanın İrəvandakı siyasi isteblişmentin Putinə ən yaxın nümayəndəsi, Ermənistan parlamentində “Hayastan” fraksiyasına rəhbərlik edən eks-prezident Köçəryanla qarşılıqlı əlaqəsi fonunda baş tutub.

"Hraparak" yazır ki, bu gün Vardanyan Moskvaya səfər edəcək. Maraqlıdır ki, Vardanyan Moskva səfərindən əvvəl - dünən separatçı qurumun 11 "naziri"ndən 9-nu vəzifəsindən uzaqlaşdırıb.

Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar