Ru
17:16 / 24 May 2024

Sərdar Cəlaloğlu: “Kişiylə qadın bərabər olsaydı...”

2683
Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarovun İTV-də yayımlanan “Persona” verilişində qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu deməsi günlərdir ki, müzakirə edilir. Ş.Məmmədyarovun bu fikirləri artıq televiziya verilişlərində də müzakirəyə çıxarılıb.

Mövzuya münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlu Bakupost.az -a açıqlamasında kişi və qadınların qeyri-bərabər olduğunu bildirib.

O qeyd edib ki, dünya tarixində Madərşah və Padərşah dövrləri olub:

"Madərşahləğa baxsaq, görərik ki, tarix qadınların aparıcılığı ilə yaranıb, ardıyca ağır, fiziki əmək fəaliyyəti meydana çıxandan sonra kişilər yavaş-yavaş hakim mövqe tutublar və padərşahlıq yaranıb. Padərşahlıq kişilərin üstünlüyünü nəzərə alan bir mədəniyyətdir. Antik dövrdə Aristotel qadınları insan hesab etmirdi. Yəni bir çox dinlərdə də qadınları günahkar kimi tanıyırdılar. Bütün bunlar hamısı ona gətirib çıxarır ki, qadınlar kişilərə nisbətən ictimai-siyasi həyatdan sıxışdırılıb çıxarılır.

Digər tərəfdən ,qadın psixologiyasıyla kişi psixologiyası, xarakteri fərqlidir. Onlar arasında antropoloji cəhətdən də kəskin fərqlər var. Kişilər ekstensiv, qadınlar isə intensivdir. Yəni qadınlar daxilə, qapalı yerlərə meyillidi, kişilər isə açıq xarakterlidir, xaricə nəzarət etməyə meyl edən psixogiyaya malikdir. Bu da kişilərin ictimailəşməyə daha çox meyl etməsinin səbəblərindən biridir".

S.Cəlaloğlu qeyd edib ki, Allah kişiylə qadını qeyri-bərabər yaradıb:

"Amma təbii qeyri-bərabərlik də var. Müasir dövrdə bu bərabərliklərin aradan qaldırılmasıyla bağlı müəyyən süni metodlardan istifadə olunur. Qadınlara zəif yox, zərif demək olar. Çünki Tarixdə Tomris kimi dəmir qadınlar olub. Bütünlükdə bir şeyi etiraf etməliyik ki, təbiət qadın və kişini fərqli yaradıb. Bu fərqlilik onların imkanlarında yaranır. Cəmiyyət elə qərarlar verməlidir ki, həmin təbii qeyri-bərabərlik süni qeyri-bərabərliyə və yaxud sosial qeyri-bərabərliyə səbəb olmasın. Bu qeyri-bərabərlik isə gözəllikdir, təbiətin naqisliyi deyil. Kişi və qadın tam bərabər olsaydı, həyat bu qədər maraqlı olmazdı".

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər