Ru
21:30 / 11 Yanvar 2022

Sərnişin avtobusu qəza etdi, xəsarət alan var

Sərnişin avtobusu qəza etdi, xəsarət alan var
Eye

Paytaxtın Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Bakupost.az BNA-ya istinadən xəbər verir.

Daşıyıcının verdiyi məlumata görə, hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus işıqforun qırmızı işığında keçən "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar