Ru
15:10 / 08 May 2025

"Şərurlu İsfəndiyar"ın ölkədən çıxışına qadağa qoyulacaq?

"Şərurlu İsfəndiyar"ın ölkədən çıxışına qadağa qoyulacaq?
Eye

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

Bakupost.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə İsfəndiyar Axundov iştirak etməyib.

Şikayətçi Emil Səməndərovun vəkili Asim Abbasov İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsi və ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib.

Vəkil deyib ki, təqsirləndirilən İsfəndiyar Axundovun məhkəmədə iştirak etməsi onun vəzifəsi olduğu halda, məhkəməyə hörmətsizlik edərək üzrlü səbəb olmadan prosesdə iştirak etməyib.

Məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar verib.

Növbəti proses mayın 13-ə təyin olunub.

Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovu qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar