Ru
14:45 / 25 May 2022

Sevgililər birləşib marketi soydu

Sevgililər birləşib marketi soydu
Eye

Yevlaxda 18 yaşlı qız sevgilisi ilə marketin damını sökərək oğurluğa girib.



DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakupost.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri, A.Bayramova və İ.Əliyev saxlanılıb.


Məlum olub ki, onlar qabaqcadan əlbir olaraq rayonun Xaldan kəndi ərazisindəki marketin damından qeyri-qanuna yolla içəri daxil olublar. Tütün məmulatları, danışıq kartları və məişət əşyaları oğurlayıblar. Onların zərərçəkmiş şəxsə 5550 manatdan artıq ziyan vurduğu aşkarlanıb.


Araşdırmalarla A.Bayramovanın 2004, İ.Əliyevin 1998-ci il təvəllüdlü olduğu, daha əvvəl də oğurluq əməlləri törətdikləri məlum olub.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar